Xaçmazda dəm qazından zəhərlənmə hadisəsi olub.
Foodinfo.az xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" ərazisində yerləşən dönərxanada baş verib.
Hadisə nəticəsində Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib, Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zərərçəkmiş M.Məmmədov hadisəni belə xatırlayır:
"Mən Səbuhi ilə qardaşının işlətdiyi dönərxanaya getmişdim. Səbuhi qardaşının yanında siqaret çəkmədiyindən oradakı zirzəmiyə düşdü. Sən demə, elektrik enerjisinin kəsilməsi səbəbindən dönərxananın zirzəmisində benzin yanacağı ilə işləyən elektrik generatoru işlək vəziyyətdə olub. Səbuhinin gəlmədiyini görüb zirzəmiyə düşdüm və onu uzanmış vəziyyətdə aşkarladım. Onu ayıltmağa çalışarkən mənim də halım pisləşdi. Özümə gələndə xəstəxanada olduğumu bildim".
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı