“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə bilavasitə rəhbərlər üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlimlərə start verilib.
Foodinfo.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 6 aprel 2021-ci il tarixli, 89 nömrəli Qərarına əsasən, AQTA tərəfindən “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda əməkdaşlara onlayn təlim keçirilib. Təlimdə Agentliyin Aparatında və onun regional bölmələrində çalışan rəhbər vəzifəli şəxslər iştirak edib.
Təlim çərçivəsində xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə meyarları və qaydaları, qiymətləndirmə üzrə tapşırıqların müəyyən edilməsi, qiymətləndirmə nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirmə zamanı yarana biləcək problemlər və həmin problemlərin həlli yolları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı