BMT-nin Dünya Qida Proqramı arakanlı müsəlmanlarla bağlı büdcəsinə dəyişiklik edib. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bu qərar düşərgələrdə yaşayan arakanlı müsəlmanları qida çatışmazlığı riski ilə qarşı-qarşıya qoyub.


Düşərgədə yaşayan arakanlılar qeyd ediblər ki, onsuz da BMT tərəfindən ayrılan bir nəfər üçün aylıq 12 dollarlıq yardım belə çatışmazlıqlara səbəb olub.

İndi isə bu rəqəm 10 dollara endirilib. Belə olan halda isə düşərgədə yaşamağa çalışan arakanlı müsəlmanlar üçün ərzaq problemlərinin daha da artacağı istisna edilmir.

Fərid