Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi istiqamətində müxtəlif ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Foodinfi.az-ın məlumatına görə, bu istiqamətdə AQTİ əməkdaşları ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri arasında “Genetik modifikasiya edilmiş orqanizmlər (GMO)” mövzusunda görüş keçirilib. Görüşdə ölkəmizdə geni modifikasiya olunmuş məhsullar haqqında yeni qanun layihəsinin hazırlanması və gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Tədbirdə həmçinin GMO məhsullarının ilkin baxışı və laborator analizləri üçün təlimlərin keçirilməsinin vacibliyi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda AQTİ və Amerikanın ölkəmizdəki səfirliyi arasında ölkəmizdə qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə AQTİ əməkdaşlarına xarici mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi və birgə layihələrin hazırlanmasına dair ilkin razılıq əldə olunub.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı