Göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib.
Foodinfo.az xəbər verir ki, bu barədə Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.
Təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan videoda ərəb turistlərin dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etdiyi görünürdü.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı