İnsulin dirənci orqanizmdə hüceyrələrin insulin hormonuna qarşı həssaslığının azalması deməkdir. Bu zaman bədən insulinə düzgün reaksiya vermir və qanda şəkərin hüceyrələrə daxil olması çətinləşir.

Normalda insulin qandakı şəkəri hüceyrələrə daşıyaraq enerji kimi istifadə olunmasını təmin edir. Lakin insulin dirənci zamanı hüceyrələr bu siqnala zəif cavab verir. Nəticədə orqanizm daha çox insulin istehsal etməyə başlayır və qanda həm insulin, həm də şəkər səviyyəsi yüksəlir.

Foodinfo.az xəbər verir ki, bu vəziyyət uzun müddət davam edərsə, Tip 2 diabet riskini artırır. Bundan əlavə, artıq çəki, xüsusilə qarın nahiyəsində piylənmə, hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma insulin dirəncinin əsas səbəbləri arasında göstərilir.

İnsulin dirəncinin əlamətləri arasında tez yorulma, şirin qidalara güclü istək, çəki artımı və bəzən də dəridə qaralma (xüsusilə boyun və qoltuqaltı nahiyələrdə) ola bilər.

Sonda qeyd edək ki, insulin dirənci erkən mərhələdə həyat tərzi dəyişiklikləri ilə idarə oluna bilər. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və çəkiyə nəzarət bu problemin qarşısını almaqda əsas rol oynayır.