İlkin məlumatlara görə, daha əvvəllər COVID-19-a yoluxmuş insanlarda yeni “Omicron” ştamına yoluxma riski yüksək ola bilər.  Foodinfo.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. Bildirilir ki, bu barədə daha ətraflı məlumat yaxın günlərdə və ya həftələrdə əlçatan olacaq. ÜST, həmçinin qeyd edib ki, hazırda istifadə olunan PCR-testlər yeni ştam ilə yoluxmanı aşkar etməyə qadirdir. Təşkilatın daha əvvəl verdiyi məlumata görə isə, “Omicron” adı verilən yeni ştam hələ kifayət qədər öyrənilməyib və onun “Delta” ştamından daha təhlükəli olması ilə bağlı nəticə çıxarmaq hələ tezdir.