Kassirin 17 yaşı var
Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb.
Foodinfo.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən “Megastore” mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı, 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.
Hər iki şəxs obyektin mülkiyyətçisinin şikayətinə əsasən polsi tərəfindən saxlanılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsininin 36-cı Polis Bölməsində araşdırma aparılır.