Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bır sıra məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri ilə görüş keçirilib. Videokonfrans formatında keçirilən iclasda məktəbəqədər təhsil müəssisələrində qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar nümayiş etdirilib və məktəbəqədər təhsil müəssisələrinin işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.
Daha sonra tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, görüş iştirakçılarının böyük marağına səbəb olan və işin təşkili üçün son dərəcə faydalı hesab edilən tədbirin bundan sonra mütəmadi qaydada həyata keçirilməsi qərara alınıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir