Nar qabığı antioksidantlar, vitaminlər və antibakterial maddələrlə zəngindir. Foodinfo.az xəbər verir ki, onu qaynadıb içmək immun sistemini gücləndirir və həzm problemlərini aradan qaldırır.  

- Bağırsaq infeksiyalarına qarşı təsirlidir. Nar qabığı çayı ishal və mədə problemlərini azalda bilər.  

- İmmuniteti gücləndirir. Soyuqdəymə və qrip zamanı bədəni qoruyur.  

- Ağız və boğaz iltihabını azaldır. Qarqara kimi istifadə edildikdə diş ətlərinə və boğaza faydalıdır.  

- Dərinin sağlamlığını dəstəkləyir. Antioksidantlar sayəsində dərini gənc saxlayır.  

Hazırlanma qaydası:  

1. 1-2 ədəd narın qabığını qurudun və xırdalayın.

2. 1 stəkan qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləyin. 

3. İlıq halda için və ya qarqara kimi istifadə edin.  

Həddindən artıq içmək mədəyə zərər verə bilər. Gündə 1 stəkan nar qabığı suyu içmək kifayətdir.