İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin hansı məhsul növləri üzrə aparılacağı məlum olub. Foodinfo.az-ın məlumatına görə, bu, “Ərzaq balansının tərtib olunması” qaydasında əksini tapıb. Qaydaya əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır: - buğda; - sair dənlilər; - un; - kartof; - soğan; - meyvə və giləmeyvələr; ət və ət məhsulları; - quş əti və məhsulları; - süd və süd məhsulları; - yumurta. Qeyd edək ki, indiyə qədər Azərbaycanda ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılıb: - buğda - sair dənlilər - dənli paxlalılar - un - çörək və çörək məmulatları - düyü - yarmalar - makaron məmulatları - kartof - soğan - sair tərəvəzlər - bostan məhsulları - meyvə və giləmeyvələr - ət və ət məhsulları - süd və süd məhsulları - pendir - yumurta - balıq və balıq məhsulları - bitki yağları - marqarin - kərə yağı - meyvə və tərəvəz konservləri - şəkər - qənnadı məmulatları - çay in - duz. Yeni qaydaya əsasən isə, ərzaq balansının hesabat ili üçün göstəriciləri bu məhsul növləri üzrə tərtib olunsa da, İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri yalnız 10 məhsul növü üzrə aparılacaq. Yeni qaydaya görə, İqtisadiyyat Nazirliyi təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.