Yaponiya koronavirus pandemiyasının əvvəlindən bu yana ilk dəfə ictimai yerlərdə, o cümlədən nəqliyyat, təhsil müəssisələrində maska taxmaqla bağlı tövsiyələri yüngülləşdirib. 


Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir. 


Məsələn, bazar ertəsindən etibarən qapalı məkanlarda maska taxmaq zərurəti artıq ortadan qalxır.

Qeyd olunur ki, artıq ölkədə qatarlarda və avtobuslarda sərnişinlərə yalnız yüksək sıxlıq olduğu vaxtlarda maska taxmağa çağırış ediləcək.

Həmçinin təhsil müəssisələrində oxuyanlar üçün də maska məcburiyyəti ləğv edilib.

Nurlan