Pandemiya dünyada gənclərin psixologiyasına ciddi təsir göstərib, münasibətlərinə ağır zərbə vurub.  Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 
“Sapien Labs” təşkilatı tərəfindən həyata keçirilən dünyanın illik zehni vəziyyəti hesabatında 64 ölkədən 400 mindən çox insanın iştirakı ilə anketə yer verilib.

İştirakçılara ailə münasibətləri, dostluqlar və ümumi zehni sağlamlıqları barədə suallar verilib. 


Nəticələr göstərib ki, dünyada xüsusən gənclərin zehni vəziyyətində nisbi yaxşılaşma qeydə alınıb.

Ancaq bu göstərici də son iki ildə 300 xallıq sistemlə 33 xal azalıb. Hazırda isə bu göstəricidə müsbət tendensiya müşahidə olunmur.

Fərid