Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Foodinfo.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı, “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış dörd çobanaldadan quşu aşkar edilərək götürülüb:
“Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Rashed Ghareeb Rashed Darwish Almansoori, İbrahim Ghareeb Rashed Darwish Almansoori, Mohamed Rashed Ghareeb Rashed Almansoori olduğu müəyyən edilib və hər biri 2000 manat məbləğində cərimə olunub”.
Xidmət rəsmisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir