GİS texnologiyalarından - peyk, radar məlumatlarından istifadə etməklə CWBM və SWBM balans metodları işlənilib. Bu metodlar əsasında Qarabağın su ehtiyatları qiymətləndirilib.
Foodinfo.az Apa-ya istinadən xəbər verir ki, Coğrafiya İnstitutundan bildirilib ki, elmi-tədqiqat şöbələrinin 2021-ci il üzrə illik hesabatlarının müzakirəsində “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, bu metodlara görə hesablanmış ərazinin su ehtiyatları 1.93 km3 təşkil edir. İqlim dəyişmələrinin çayların rejiminə, illik axımına təsiri göstərir ki, digər ərazi çaylarında olduğu kimi, Qarabağ ərazi çaylarında da 1988-2020-ci il dönəmində su ehtiyatları 9,8%, yəni əvvəlki dövrdə mövcud olan 2.14 km3-dən 1.93 km3-ə qədər azalıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir