Martın 30-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayevi qəbul edib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə AQTA sədri təhlükəsiz və beynəlxalq standartlara uyğun bitkiçilik məhsullarının istehsalının qida təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayıb, bununla bağlı bitki mühafizə vasitələri üzərində həyata keçirilən nəzarət tədbirlərinin vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə verilir.
Görüşdə bitki mühafizə vasitələri, gübrə istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla AQTA əməkdaşları arasında yaxın günlərdə keçirilcək görüşlə bağlı təkliflər dinlənilib. Daha sonra bu sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq tapşırıqlar verilib.
[gallery ids="35778,35779"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı