Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib. Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar ediblər. Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub. Qaydaları pozan şəxslərlə bir daha profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.