Rusiyanın paytaxtı Moskvada cari ilin fevral ayında ərzaq məhsullarında bahalaşma qeydə alınıb. 


Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir. 


Qeyd olunur ki, yanvarla müqayisədə Moskvada fevral ayında ərzaq orta hesabla 0,9 faiz bahalaşıb. Ən çox bahalaşan tərəvəzlər – pomidor (18,7 faiz), soğan (26,1 faiz), xiyar (13,5 faiz) olub. 


Bananın Moskva bazarlarında qiyməti 18,2, armud 10,2, alma isə 2,2 faiz bahalaşıb. 
Rusiya paytaxtında süd 1,2, pendir isə ötən ayla müqayisədə 0,8 faiz bahalaşıb.

Nurlan