Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şirinbəy və Dədə Qorqud kəndlərindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib. Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 6 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.