Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə videokonfrans formatında görüş keçirib. Foodinfo.az xəbər verir ki, görüşdə qida sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, hər iki qurum tərəfindən müvafiq sahədə vahid yanaşmanın müəyyən edilməsi, dövlət nəzarətindən yayınan subyektlərə qarşı birgə mübarizə, qida məhsullarının idxalına və ixracına verilən sertifikat və icazələrlə bağlı məlumat mübadiləsi barədə müzakirələr aparılıb. Sonda birgə yoxlamaların həyata keçirilməsi ilə bağlı təkliflər dinlənilib.