Rusiyanın Türkiyəyə tətbiq etdiyi pomidor kvotası yenidən bitir. 1 Noyabr 2017-ci il tarixində Rusiya Türkiyəyə 100 min ton pomidor kvotası müəyyən etmişdi. Türkiyə ixracatçılarının qısa müddətdə kovotanı doldurması ilə əvvəl 150 min tona, 7 Mart 2020-ci il tarixində isə 200 min tona qaldırıldı. İxracatçıların 200 min ton kvotannı 2020-nin noyabr ayının sonunda doldurmasının ardından Rusiyaya pomidor ixracı dayandırılmışdı. Bu ilin fevral ayında Türkiyə ixraçatçıları üçün əlavə 50 min ton kvota açıldı. Foodinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 Mart 2021-ci il tarixinə qədər bu kvotanın 45 min 542 tonu istifadə edilib. Qalan 4 min 458 tonluq hissənin də 15 gün ərzində istifadə olunacağı bildirilir. Türkiyənin pomidor ixracatçıları Rusiyanın tətbiq etditi kvotanın ləğv edilməsini istəyirlər