Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Siyəzən rayonunda fəaliyyət göstərən “Caspian Coast Winery” şirkətindən Rusiya Federasiyasına üzüm əkin materialının ixracı ilə bağlı birgə videomonitorinq keçirib.
Foodinfo.az xəbər verir ki, Videomonitorinqdə Agentliyin və Xaçmaz Regional Bölməsinin əməkdaşları, müəssisənin nümayəndələri, eləcə də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin və Ümumrusiya Bitki Karantini Mərkəzinin mütəxəssisləri iştirak edib.
Birgə videomonitorinq zamanı Rusiya tərəfinə təsərrüfat barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hazırlanmış əkin materiallarından müvafiq qaydada nümunələr götürülərək plomblanıb və fitosanitar ekspertiza aparılması üçün Rusiya Federasiyası Ümumrusiya Bitki Karantini Elmi Tədqiqat İnstitunun müvafiq laboratoriyasına təqdim olunması üçün hazırlanıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı