Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Çünki bəzən fermerlər əkmədikləri sahələrə görə də, dövlətdən subsidiya almağa cəhd edir və ya alınan subsidiyanı təyinatı üzrə istifadə etmir. Bütün bunların qarşısını almaq üçün kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir. Yaxın vaxtlarda Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaq və məcəlləyə əlavənin qəbul edilməsi gözlənilir
Dövlətin kənd təsərrüfatı üçün verdiyi subsidiyaları təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Bununla bağlı inzibatı xətalar məcəlləsinin müvafiq maddəsinə əlavələr edilməsi nəzərdə tutulur.
Foodinfo.az xezerxeber.az-a istinadən bildirir ki, Millət vəkili Aqil Məmmədov deyir ki, bəzən fermer tərəfindən "elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilir. Nəticədə fermer əkmədiyi sahələrə görə də subsidiya almağa cəhd göstərir.
Əgər fermer sistemə bilərəkdən səhv məlumat daxil edərsə, bu zaman o əldə etdiyi subsidiyanın 2 mislindən 4 mislinə qədərini cərimə ödəyəcək. Millət vəkili deyir ki, qanuna əlavənin edilməsinin məqsədi xoşagəlməz halların qarşısını almaq və kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdırmaqdır.
Aqil Məmmədovun sözlərinə görə, əkin sahələrinə nəzarət günü-gündən gücləndirilir. Fermerlərin bilərəkdən yanlış məlumat daxil etmək şansları xüsusi texniki vasitələrlə minimuma endirilir.
Qanuna əlavə yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihənin birinci oxunuşda qəbul olunması gözlənilir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı