Hindistanda koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən karantin zamanı bir şəxs evinə getmək üçün qeyri-adi üsula əl atıb. Foodinfo.az xəbər verir ki, Mumbaidən evinə - Allahabada getmək istəyən hindistanlı karantin postunu keçmək üçün bazardan 28 ton soğan alıb. Bundan sonra o, yük maşını kirayə götürərək sürücü də tutub. Soğanı maşına yükləyib özü də soğanların içində gizlənib. Kişi bu vəziyyətdə 3 gün 1400 kilometr yol gedərək karantin postuna çatıb. Ancaq postda polislər onu aşkarlayaraq onu tibb müəssisəsinin karantininə yerləşdiriblər. Lakin onda infeksiya simptomları aşkarlanmayıb. Qeyd edək ki, Hindistanda karantin zamanı qida yüklü maşınların ştatlar arası keçidinə icazə verilir.   Namiq Musayev