Unun saxlanma müddətini artırmaq və keyfiyyətini qorumaq üçün aşağıdakı üsullara əməl edə bilərsiniz.

Foodinfo.az xəbər verir ki, unu açdıqdan sonra hava keçirməyən şüşə, metal və ya plastik qabda saxlayın. Bu, nəmin və həşəratların una daxil olmasının qarşısını alır.

Bu qidanı qaranlıq, sərin və quru yerdə saxlayın. İdeal temperatur 10-15°C aralığında olmalıdır. Dolab və ya qida saxlanılan başqa bir sərin yer buna uyğundur.

Uzunmüddətli saxlama üçün unu dondurucuya qoya bilərsiniz. Un dondurucuda aylarla təzə qala bilər. Dondurucuya qoymadan əvvəl unu hava keçirməyən torbaya və ya qablara qoyun. İstifadədən əvvəl otaq temperaturuna çıxarın.

Dəfnə yarpağını unu saxladığınız qabın içərisinə qoya bilməzsiniz, bu, həşəratları uzaqlaşdırmağa kömək edir.

Ağ un qara un və ya tam buğda ununa nisbətən daha uzun müddət saxlanılır. Tam buğda unu tərkibində daha çox yağ olduğu üçün tez xarab olur.