Yaponiyanın RIKEN İnteqrativ Tibb Elmləri Mərkəzinin (IMS) alimləri süd və ət zülalları kimi qida antigenlərinin bağırsaqlarda xərçəng şişlərinin böyüməsinin qarşısını almağa kömək etdiyini aşkar ediblər.

Foodinfo.az xəbər verir ki, tədqiqat şiş böyüməsini maneə törədən gendə mutasiya olan siçanlar üzərində aparılıb.

Birinci mərhələdə siçanlar iki qrupa bölünüb. Gəmiricilərə adi qida və ya tərkibində antigen olmayan qidalar verilib. Standart qida qəbul edən siçanlarda nazik bağırsaqda şişlərin sayı azalıb, yoğun bağırsaqda isə dəyişməz qalıb. Daha sonra alimlər antigensiz qidaya zülal əlavə ediblər. Bu zülal ət, süd və mərciməkdə olur.

Tədqiqatçılar aydınlaşdırıb ki, qorunma məhsulların qida dəyəri ilə deyil, birbaşa zülal ilə bağlıdır.