Endokrinoloq Viktoriya İvanova NEWS.ru-ya bildirib ki, çiy toyuq yumurtası yeməyin əsas təhlükəsi salmonella infeksiyasına yoluxma ehtimalıdır.

Foodinfo.az xəbər verir ki, həkim bu məhsulun allergik reaksiyalara da səbəb ola biləcəyini vurğulayıb.

Həkim əlavə edib ki, çiy toyuq yumurtasının tərkibində çoxlu xolesterin var. Buna görə məhsul bir sıra xəstəliklərin inkişafına səbəb olur.