Kartof unikal və istehlakçılar tərəfindən çox qiymətləndirilməyən məhsuldur. Foodinfo.az xəbər verir ki, ROSBIOTECH Universitetinin biotexnologiyası və bioorqanik sintez məhsullarının texnologiyası kafedrasının müdiri Dmitri Kulikov Gazeta.Ru-ya bildirib ki, bu tərəvəzin kiçik bir hissəsində gündəlik C vitamini ehtiyacının 30%-ə qədəri var.

Bundan əlavə, tərkibində B vitaminləri, zülal sintezi və kalsiumun sorulması üçün lazım olan K vitamini, ürək üçün dəyərli olan dəmir və kalium var.

Bitki lifi sayəsində kartof əlavə kalori yandırmağa kömək edir. Kartofun tərkibində olan A, B və C maddələr mübadiləsinə və qocalma prosesinin ləngiməsinə müsbət təsir göstərir.