Üzüm çəyirdəyi yağı sağlamlıq və gözəllik üçün bir çox faydaları ilə tanınır. Tərkibində yüksək miqdarda antioksidantlar, E vitamini, və əsas yağ turşuları var.

Foodinfo.az xəbər verir ki, bu yağ hüceyrə yenilənməsini sürətləndirir və sərbəst radikallara qarşı qoruma təmin edir, bu da dəri qocalmasını yavaşladır.

Üzüm çəyirdəyi yağı dərini nəmləndirir, elastikliyini artırır və sızanaq izlərinin sağalmasını sürətləndirir. E vitamini ilə zəngin olduğu üçün dərinin tonunu bərabərləşdirir və iltihabı azaldır.

Saç dərisini nəmləndirir, saçların uzanmasına və güclənməsinə kömək edir. Qırılmaların qarşısını alır və saçlara təbii parıltı verir.

Bu yağ ürək-damar xəstəlikləri riskini azaltmaqla yanaşı, qan təzyiqini tənzimləyir və xolesterolu tarazlayır.