Hamiləlik dövründə bu qidaları yemək uşağın autizm riskini 20 faiz azalda bilər.

Foodinfo.az Super.ru-ya istinadən xəbər verir ki, yeni araşdırma hamiləlik zamanı balıq yemyin uşağın autizm spektrinin pozğunluğu diaqnozu qoyulma ehtimalını 20% azalda biləcəyini müəyyən edib.

Tədqiqatın nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunub. Bununla belə, tədqiqatçılar etiraf etdilər ki, nəticələr mövcud məlumat bazasından çıxarıldığı üçün hamilə qadınların hansı balıq yediklərini və ya nəzarət qrupunun iştirakçılarının qəbul etdikləri pəhriz əlavələrində nə qədər omeqa-3 olduğunu öyrənə bilməyiblər.