Pomidor çox sağlamdır, lakin bu tərəvəz bütün insanlar üçün uyğun deyil.

Foodinfo.az xəbər verir ki, çox pomidor yeyə bilməzsiniz. Sağlamlığı qorumaq üçün gündə bir neçə tərəvəz kifayətdir.

Pomidorların bir çox əks göstərişlərinin olduğunu da nəzərə almaq lazımdır.

Əgər allergiyanız varsa, pomidordan ehtiyatla istifadə etməlisiniz. İkincisi, pomidor mədə turşuluğunun artması, qastrit, xoralar, böyrək xəstəlikləri zamanı əks göstərişdir.

Bundan əlavə, pomidor bəzi xəstəliklərinin yaranmasına və ya kəskinləşməsinə səbəb ola bilər.