Türkiyənin Ataköy adlı bölgəsindəki restoranların birində insanlara xidmət robotlar vasitəsilə həyata keçirilir.
“Robi” adlı 3 robot müştərilərin xeyli marağına səbəb olub. Hətta bəzi insanlar sırf robotları görsün deyə restoranı ziyarət edirlər. Robotların boyu 1.55 metrdir və demək ola bilər ki, bir ofisiantın edə biləcəyi bütün servisləri həyata keçirir.
Planşetlər vasitəsilə masalara yaxınlaşan robotlar servis əsnasında mahnı da oxuyur. Müştəri sifarişi verdikdən sonra robotun əlinə toxunur və o geri qayıdaraq sifariş olunan yeməyi gətirir.
Qeyd edək ki, dünyada belə robotlara rast gəlinsə də, Türkiyədə bu ilkdir. (Modern.az)
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti