Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlərə başlayıb. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir. Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunmuşdur. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraqBakı, Sumqayıt şəhərlərndə və Abşeron rayonunda heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:  Bakı şəhəri üzrə heyvan kəsim məntəqələri 1.Fiziki şəxs Ağalarov Elşən Nurəddin oğluna məxsus iri və xırda buynuzlu heyvanların kəsim  məntəqəsi Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Xətai küçəsi 7 2.Fiziki şəxs Ucal Ergünə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.26 3. “Təbriz” kəsim məntəqəsi keşlə bazarının yanı Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.36 A 4.“Qoç Ət ” Kəndli Fermer Təsərrüfatı MMC Ünvan: Bakı şəhəri, Qaradağ ray, Lökbatan qəs, Ş.Xəlilov küç, 13 5.“ESE” MMC Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 92 6."AzMeat production " MMC Ünvan:  Bakı şəhəri, Zabrat qəsəbəsi,Babək küç 110 7."Az Protein Food Production" MMC Ünvan:   Bakı şəhəri, Buzovna qəsəbəsi,Albalı massivi 8. Fiziki şəxs Tamara Aslanovaya məxsus heyvan kəsim məntəqəsi “Oazis” restoranının yanı Ünvan : Bakı şəhəri, Cəfər Xəndan 52 c 9.“AzərAqro” MMC Ünvan: Bakı şəhəri, Nizami rayonu,  8-ci KM qəsəbəsi, Mehdi Abbasov küçəsi 10.“Aqrovest” MMC Ünvan`: Bakı şəhəri Qaradağ rayonu Binə Ticarət mərkəzinin qarşısı 11. Fiziki şəxs Hüseynov Nəsimiyə məxsus   heyvan kəsim məntəqəsi Ünvan: Nizami rayonu Çobanzadə küc.63 Fiziki şəxs Əliyev Hamletə məxsus kəsim məntəqəsi Ünvan: Bakı şəhəri Səbail rayonuGülbala Əliyev küc.20 Sumqayıt şəhəri üzrə heyvan kəsim  məntəqələri  1.Fiziki şəxs Arif Hüseynova məxsus heyvan kəsim məntəqəsi Ünvan: Sumqayıt şəhəri,Çerkassi küçəsi,46-cı məhəllə 2.”Mərcan” heyvan kəsim məntəqəsi  Ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti   Abşeron rayonu üzrə hevan kəsim məntəqələri   1." Səhliyalı "MMC Ünvan:  Xırdalan şəhəri, H.Əliyev küçəsi   2.“Zəhmət-Ruzi” MMC-yə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi Ünvan:  Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev küç. 38   3.Fiziki şəxs Rasim Rzaxanova məxsus heyvan kəsim məntəqəsi Ünvan:  Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi 4. Fiziki şəxs Rafiq Rüstəmova məxsus heyvan kəsim məntəqəsi Ünvan:  Abşeron rayonu,Məhəmmədli kəndi Mürvət Şirinov küç Qeyd edək ki, hazırda monitorinqlər davam edir və heyvan kəsimi normalarına cavab verən kəsim məntəqələri ilə bağlı məlumatlar mütəmadi olaraq siyahıya əlavə olunacaq, ictimaiyyətin diqqətinə çatdırılacaqdır.