Türkiyə məktəblərində yerləşən yeməkxanalara qadağalar tətbiq olunacaq. Sentyabrın 16-dan etibarən, Milli Təhsil Nazirliyinə bağlı olan bütün dövlət və özəl məktəblərin yeməkxanaları, kafeləri, bufetləri və çay köşkləri kimi müəssisələrdə satılacaq qidalar məktəbli loqosu ilə təqdim olunacaq. Loqo tətbiqinin məqsədi uşaqların etibarlı qidalarla balanslı və kifayət qədər bəslənməsini təmin etmək üçün məktəb qidalarında ümumi brendin yaradılmasına, məktəblilərin şüurlu şəkildə qida istehlakı haqqında məlumat əldə etməsinə nail olmaqdır. SATILMAYACAQ Enerji içkiləri, qazlı içkilər,idman şirələri, meyvə nektarı, meyvə suyu konsentratı, Qovurma, Çipsi, Bütün şokolad növləri, gofretlər, Hər növ şəkər və şirniyyat məhsulları, Bol kremli, jeleli şiniyyat və tortlar Xəmir, şərbət çərəzləri SATILACAQ Meyvələr, xam istehlak olunan tərəvəzlər, salatlar, Quru meyvələr, Fındıq, (duzsuz, qabıqsız) İçməli su, Süd Yeni sıxılmış meyvə və tərəvəz suyu, Qatıq, Ayran, Pendir, Gündəlik qaynadılmış yumurta, Buğda çörəyi, təzə pomidor, yerkökü, kahı, istiot və s. tərəvəzlərdən hazırlanmış yağsız sendviçlər. Qida və İçkilər. Ticarət naziri Ruhsar Pekcan məktəb alış-verişindən əvvəl ailələrə diqqətli olmaları haqqında xəbərdarlıq edib. CE nişanına və EN 71 standartına sahib olmayan məhsullarda ehtiyatlı olmalarını, məhsul seçərkən istehsalçı və idxal edən şəxsin tam adı və ünvanı olan qidalara üstünlük vermələrini tövsiyyə edib. (banco.az)