Britaniyalı 43 il əvvəl “Belle Vale” ticarət mərkəzindən oğurladığı şokolada görə “təzminat” ödəyib. Bunula bağlı ticarət mərkəzinin “Twitter” hesabında oğrunun məktubu dərc olunub. O, zərfin içərisində 5 funt-sterlinq göndərərək, məktub da yazıb. Məktubunda 1975-ci ildə hələ uşaq ikən oğurladığı şokoladdan yazıb: “Üzr istəyirəm. Burada sizə borclu olduğum məbləğ var”. Ticarət mərkəzinin administrasiyası da ona təşəkkürünü bildirib və “bu cür əməllər insana inamı qaytarır” deyə qeyd ediblər. (Oxu.az)
Посмотреть изображение в Твиттере