Bu ilin I rübündə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC dövlət satınalan təşkilatlarının ərzaq məhsullarına olan təlabatının ödənilməsi üçün 24,49 mln. manatlıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək satışını həyata keçirib. Bunu Foodinfo.az-a qurumdan deyiblər. Məlumata görə, bunlar əsasən, un, ət və meyvə-tərəvəz məhsulları olub. 2018-ci ilin yekunda səhmdar cəmiyyətin alqı-satqı göstəricisini 118 mln. manata çatdırması proqnozlaşdırılır. 3 ay ərzində qurum daxili tələbatın ödənilməsi ilə yanaşı ixracla da məşğul olub və xaricə 3,53 mln. manatlıq məhsul tədarük edərək satıb. Bunlar əsasən meyvə-tərəvəz məhsulları olub.