

Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.
"Forbes" jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə "Kiyevskaya ploşad" kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında "Ukrayna" oteli, "Sadovod" bazarı, "Kaşirka avtomobil bazarı", "Grand" və "Grand 2" ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.
Fevralın 2-dən etibarən isə "Kiyevskaya ploşad" şirkətlər qrupuna daxil olan "Vısotka" MMC, "Flora və Fauna" MMC, "Kaşirka Avtomobil Ticarət Mərkəzi" MMC, "Grandtitul" MMC, "Avers-3" ticarət-sənaye şirkəti, "Otel İnvest" MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı "Fina LLP" hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib. (Virtualorg.az)