İmişlidə oğurluqda şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb.
İmişli rayonunun Meliorator qəsəbə sakini Nuri Emin Habil oğlu martın 12-də ərizə ilə İmişli rayon Polis Şöbəsinə müraciət edərək həmin tarixdə gecə saatlarında ona məxsus, Yalavac kəndi ərazisində yerləşən ərzaq mağazasından naməlum şəxslər tərəfindən 1000 manat dəyərində siqaret və sair ərzaq məhsulları oğurlandığını bildirib. Həmin fakt üzrə cinayət işi açılıb və keçirilən əməliyyat-istintaq tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon Meliorator qəsəbə sakini, 1994-cü il təvəllüdlü Mehrəliyev Vasif Nuru oğlu saxlanılıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs martın 12-də gecə saat 3.00 radələrində həmin mağazanın dam örtüyünü sökməklə ora daxil olaraq oradan oğurluq edib.
Faktla bağlı İmişli Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (Xezerxeber.az)
https://www.youtube.com/watch?v=nzj2D9ABcvs
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti