Rusiyanın qida avadanlıqları və qablaşdırmaları istehsalçıları Azərbaycana məhsul tədarükü haqqında ilkin sazişlər imzalayıblar.
Müvafiq razılaşmalar Kölndə "Anuga FoodTec - 2018" sərgisində əldə olunub.
Sərgidə Rusiya ekspozisiyasının operatoru olan "Rosspeçmaş" Assosiasiyası analoji sazişlərin Slovakiya və Pakistan şirkətləri ilə də imzalandığını bildirir. Həmçinin Rusiyanın qida sənayesinin məhsulları ilə Kuba, Vyetnam, Braziliya, Norveç və Avstraliya şirkətləri maraqlanır.
Sərgidə "Amata Scale", "Tauras-Feniks", "Klass-İnjinirinq", "Tayfun innovasiya", eləcə də "İMPRESS ART" və "Prom-Upak" ərzaq qablaşdırması şirkətlərinin qida avadanlıqları təqdim olunub. (Trend)
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti