
Yaz fəslində təbiət canlanır və süfrələrimizə təravətli meyvə-tərəvəzlər gəlir. Bu dövrdə yetişən məhsullar həm dadlı, həm də vitamin baxımından çox zəngindir.
Foodinfo.az yaz fəslinin meyvə-tərəvəzlərini təqdim edir:
Yazın meyvələri
Çiyələk – C vitamini, antioksidantlar və lif baxımından zəngindir.
Ərik – A vitamini və beta-karoten mənbəyidir.
Gilas – Qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir.
Albalı – Antioksidantlarla zəngindir, yuxu rejimini tənzimləyir.
Tut – Həzm sisteminə yaxşı təsir edir, qan azlığına qarşı faydalıdır.
Yazın tərəvəzləri
Kahı – Orqanizmi təmizləyir.
Təzə soğan və sarımsaq – İmmuniteti gücləndirir, antibakterial təsir göstərir.
Şüyüd və cəfəri – Qan dövranını yaxşılaşdırır, tərkibində C və K vitamini var.
Kök – Göz sağlamlığı üçün əvəzolunmazdır.
Təzə kartof – Dəmir və kaliumla zəngindir.
Noxud – Zülal və lif qaynağıdır.
Bu meyvə-tərəvəzlər həm dadlı, həm də bədən üçün çox faydalıdır.