Nikbin əhval ruhiyyədə olan insanların ürək-damar xəstəliklərinə tutulma riski dəfələrlə az olur.
Amerikalı alimlərin apardığı araşdırmanın nəticələri “BMJ Open” jurnalında dərc olunub.
Elmi işdə ABŞ-ın 4900 latın amerikalı sakini haqqında məlumatlardan istifadə olunub. Alimlərin fikrinə görə, bu qrupdan olan insanlar ürək-damar xəstəliklərinə daha həssasdır.
Belə ki, onların bir çoxu ingilis dilini bilmir, ispan dilli həkim tapmaq isə elə də asan deyil.
Araşdırmada iştirak edənlərin hər biri bədən çəkisi, hərəkətlilik indeksi, plazmada olan qlükoza miqdarı və qan təzyiqi göstəricilərinə görə müxtəlif qruplara bölünüb.
Könüllülərdə optimizm səviyyəsi xüsusi testin köməkliyi ilə ölçülüb.
Məlum olub ki, optimist insanlar ürək ağrılarından daha az şikayət edir. Mütəmadi olaraq nikbin əhval ruhiyyədə olan insanlar daha sağlam ürəyə sahib olur. (Oxu.az)
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti