II Elizaveta 96 yaşında dünyasını dəyişsə də, ömrünün son günlərinədək ayaqda dik durdu və üzündəki təbəssümü onu tərk etmədi. Son vaxtlara qədər Kraliça öz vəzifələrindən imtina etmək barədə düşünmürdü - o, müntəzəm olaraq tədbirlərdə və görüşlərdə iştirak edirdi. Bəs İngiltərə kraliçasının uzunömürlülüyünün sirri nədir?
Foodinfo.az publika.az-a istinadən oxucuları ilə İngiltərə kraliçasının uzunömürlülüyünün sirrini bölüşüb.
Səbəblərdən biri əlbəttə ki, düzgün qidalanmadır. Kraliça pəhrizinə çox ciddi nəzarət edirdi, hərçənd bəzən özünə dadlı təamlardan də həzz almağa imkan verirdi.
Hər gün nə yeyirdi?
Kraliça günə şəkərsiz bir fincan isti "Earl Grey" çayı ilə başlayırdı. Çayın yanında isə həmişə şokoladlı peçenye verilirdi.
İkinci səhər yeməyi
Duşdan sonra kraliça geyinir və əvvəlkindən qat-qat faydalı yeməklərin olduğu rəsmi səhər yeməyinə gedirdi. Taxıl məhsullarına üstünlük verər, bəzən tost və marmelad yeyərdi. Maraqlıdır ki, Ülyahəzrətin səhər süfrəsində nadirən yumurta olub.
Nahar
Kraliça II Elizavetanın nahar menyusunu balıq, ispanaq və balqabaq kimi sağlam, yüksək proteinli, az karbohidratlı qidalara üstünlük təşkil edib. Xüsusilə qızardılmış toyuq salatını sevirdi. Maraqlıdır ki, aşpazlar əsasən yalnız kral mülkündə yetişdirilən orqanik məhsullardan istifadə edirlər.
Gündüz çayı
Nahardan sonra II Elizaveta həmişə qaymaqlı pendir, xiyarlı sendviçlər və ya meyvəli tortla çay içirdi. Deyilənlərə görə, uşaqlıqda Kraliça çörəyin üzərinə yağ və çiyələk mürəbbəsi yaymağı çox sevib.
Şam yeməyi
Keçmiş kral aşpazı Darren Makqradinin sözlərinə görə, II Elizaveta axşam yeməyində tərəvəz salatı ilə qızardılmış və ya qaynadılmış balıq yeyib. Yeməklərdə nişasta olmamasına isə xüsusilə diqqət yetirib.
Kraliça vaxtaşırı kremli biftek və göbələk sousu kimi daha zərif yeməklərə də üstünlük verib.
Axşam deserti
Kraliça desert olaraq daha çox öz bağında yetişdirilən meyvə və giləmeyvələrdən yeyirdi, lakin bəzən özünü şokoladlı desertlərlə də sevindirirdi. Süd və ağ şokolad II Elizavetanın rasionuna daxil deyildi. Yeri gəlmişkən, o, yalnız tünd rəngli içkilərə üstünlük verib.
Nə yemirdi?
II Elizaveta heç vaxt tərkibində sarımsaq olan yeməkləri yemirdi. Ümumiyyətlə, krallığın mətbəxində bu inqredenti istifadə etmək qadağandır.