Dünya atmosferi və okeanlar bəşər tarixində görülməmiş şəkildə isinib.
Foodinfo.az xəbər verir ki, havanın temperaturu ilə yanaşı canlılar aləmində də bir çox dəyişikliklər yaranıb.
Buna səbəb antropogenik iqlim dəyişiklikləridir. İqlim dəyişikliklərinin bəzi təsirləri birbaşa görünmür.
Araşdırmalar göstərir ki, dənizlərin isinməsinin ən böyük fəsadlarından biri sahil sularında ət yeyən bakteriyaların yayılmasıdır. Bu bakteriyalar hətta yaxşı hava şəraitində belə insanları xəstələndirə bilər. “Vibrio vulnificus” adlı bakteriya yetəri qədər bişməmiş dəniz məhsulları ilə yoluxur.
Açıq yaralara təmas etdiyi halda isə ölümcül fəsadlara səbəb ola bilər.
Nərmin