Norveçin “Solsys Mining” şirkəti yeni bir ESA Discovery layihəsi üzərində çalışır. 

Foodinfo.az “Teknomers”ə istinadən xəbər verir ki, şirkət Ayda yetişdiriləcək bitkilər üçün gübrə yaratmaq planları üzərində işləyir. 
Belə ki, gübrənin formalaşdırılması üçün Ay torpağının emalı nəzərdən keçirilir. 

Qeyd edək ki, Aydan götürülmüş nümunələr Ay torpağında bitki yetişməsi üçün kifayət qədər mineralın olduğunu göstərir. Lakin Ay torpağı (və ya “regolith”) suyla təmasda olduğu halda sıxılaraq bitki köklərinin böyüməsi üçün müəyyən problemlər yaradır.

Leyla