Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Ət və Ət istehsalçıları Assosiasiyasının rəhbəri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən hərtərəfli dəstək nəticəsində bu sahənin inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılıb. 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan baytarlıq nəzarəti ilə bağlı dəyişikliklər, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblər barədə məlumat verilib. Bildirilib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Tədbirdə Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər.
Daha sonra heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
[gallery ids="51352,51353"]