Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20:Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunan daha iki təlimdə iştirak ediblər. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, təlimlər “Karantin zərərvericilərinin fitosanitar monitorinqi” və “Avropa İttifaqında bitkilərin pasportlaşdırılması” mövzularında keçirilib. İnteraktiv formada təşkil olunan təlimlər zamanı AQTA mütəxəssislərinin metodiki göstərişləri, tövsiyələri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Təlimlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.