Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda təlim keçirilib. Foodinfo.az xəbər verir ki, təlim Agentlikdə çalışan dövlət qulluqçularının müvafiq fəaliyyət istiqamətlərinə uyğun olaraq, “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev tərəfindən keçirilib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.