Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir. Bu istiqamətdə növbəti nəzəri-praktiki təlim “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunmasına nəzarət” mövzusuna həsr olunub. Foodinfo.az xəbər verir ki, təlim çərçivəsində iştirakçılara qida təhlükəsiziliyi ilə bağlı əsas anlayışlar haqda geniş məlumat verilib. Həmçinin iştirakçılar qida məhsullarının çirklənmələri, o cümlədən mikrobioloji, allergen, çarpaz, fiziki, mikrobioloji çirklənmələrlə bağlı məlumatlandırılıblar. Bundan əlavə, təlim “Zərərvericilər”, “Spill Kit dəstlərindən istifadə”, “Tibbi müayinələrin izlənilməsi qaydası”, “Kodeks Alimentarius addımları” və s. mövzuları əhatə edib. Təlim iştirakçıların suallarının cavablandırılması və onlara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb. [gallery ids="47953,47954"]