Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ASK üzvləri üçün onlayn formatda təşkil olunan silsilə təlimlər davam etdirilir.
Foodinfo.az-ın məlumatına görə, əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti vebinar keçiriləcək. Vebinarın 6 dekabr 2022-ci il tarixdə saat 11:00-da başlanması nəzərdə tutulub.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Mütəllim Abdullazadə təlimçi qismində çıxış edəcək. İştirak üçün qeydiyyatdan keçmək və ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə, e-mail ünvanı və əlaqə nömrəsini əlaqələndirici şəxsə (Pərvin Cəfərova, e-mail: [email protected], tel: +994 51 229 97 22) göndərmək mütləqdir.
Qeyd edək ki, seminarda iştirak etmək üçün məlumat linki yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.