Armudun insan orqanizminə bir çox faydası var. Xüsusilə, hipertoniya, yüksək xolesterol və qan şəkəri problemləri üçün faydalıdır.

Foodinfo.az “MedikForum”a istinadən armudun faydalarını təqdim edir.

Belə ki, bu meyvədə yüksək konsentrasiyalı C vitamini, həmçinin hüceyrə zədələnməsinin qarşısını alan mis var.

Armudu vərəm və yuxarı tənəffüs yolları xəstəliklərində öskürəyin müalicəsi üçün, həmçinin qızdırma və ishal zamanı yemək tövsiyə olunur.

Dietoloqların fikrincə, bu meyvənin gündəlik istehlakı ilə insan artıq çəkidən, hipertoniyadan və qan şəkərinin yüksəlməsindən qoruna bilər.

Öz növbəsində, təbii armud şirəsi bədənə vitaminlər, karotenoidlər, kapilyarları və qan damarlarını effektiv şəkildə gücləndirən minerallar verir.